Newscenter.az.26.12.2020. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə On ikinci yardım aksiyası olaraq Biləsuvar rayonunu əhatə edən bütün qazi ailələrinin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verilib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Ramil Həsən verib. Millət vəkili daha sonra qeyd edib:
"Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətova, Biləsuvar Seçki Dairəsindən Milli Məclisin deputatı Bəhruz Məhərrəmova xüsusi təşəkkürümüzü bildiririk".
Anar