Newscenter.az.28.12.2020. Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) könüllü olaraq əmək haqlarından 580 min manat məbləğində pul vəsaiti köçürüblər.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı DGK yayıb.
Sevinc