Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Türkiyə Laçın dəhlizi ilə bağlı mexanizm işləyib hazırlamalıdır



Newscenter.az.14.04.2021. Ermənistanın hərbi prokuroru Xankəndiyə gələrək Rusiya sülhməramlı qüvvələrinin buradakı hərbi prokuroru ilə görüşüb. Ermənistan hərbi prokurorunun Azərbaycan ərazisinə gəlməsi, birbaşa Rusiya sülhməramlı qüvvələrinin növbəti dəfə təxribata yaratmasıdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, deyib ki, Ermənistandan Xankəndiyə səfərlərin təşkil edilməsinə qəti icazə vermək olmaz:

“Rusiya bunun öhdəsindən gələ bilmirsə, Azərbaycan Laçın dəhlizində post qurmalıdır. Azərbaycan Laçın dəhlizinə nəzarəti Rusiya sülhməramlı qüvvələrinin təktərəfli nəzarətinə ona görə verməyib ki, buradan Ermənistanın rəsmilərinin Azərbaycan ərazisinə sərbəst giriş -çıxışına icazə versin. Bu səfərlər Azərbaycanla razılaşdırılıbsa, XİN bu barədə məlumat verməlidir. Əgər, bu səfərlər qanunsuzdursa, Azərbaycan hərbiçiləri Rusiya sülhməramlı qüvvələri ilə birgə Laçın dəhlizində birgə postda dayanması üçün Rusiya ilə danışıqlar aparılmalıdır. Azərbaycan bunu qəti şəkildə tələb etməlidir”.

Politoloqun sözlərinə görə, Xudavəng monastırına gələn ermənilər necə ki, Azərbaycan postundan keçir, narahat olmurlar, məhz Laçın dəhlizindən də Azərbaycan postundan keçəndə narahat olmayacaqlar:

“Sadəcə, Rusiya burada narahatdır. İki toplum arasında sədd çəkir və düşmənçilyin davam etdirilməsində maraqlıdır. Azərbaycanın yaxın perspektivdə bu kimi səfərlərin qarşısını alacağını istisna etmirəm. Artıq Türkiyə də Rusiyanın Qarabağda sülhməramlı missiyasından narahatlığını dilə gətirir. Azərbaycanla Türkiyə Laçın dəhlizi ilə bağlı bir mexanizm işləyib hazırlamalı, Rusiyanın bu təklifi qəbul etməsinə nail olmalıdırlar”.


Mehman
Xəbəri paylaş