Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğal altında olan 128 alban məbədinin demək olar ki hamısı erməni qriqoryan kilsəsinə çevrilib



Newscenter.az.14.01.2021. “Ermənistan Azərbaycanın tarixi-dini, mədəniyyət abidələrinə münasibətdə konkret bir siyasət həyata keçirib”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının “Əsas məsələ” proqramında çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, bu siyasətin mahiyyəti ilk növbədə bizim izlərimizi oradan silməkdir.

“Bunun üçün onlar üç istiqamətdə iş aparıblar. Birincisi İslam məbədlərini, məscidləri, ziyarətgahları dağıdıblar. İkincisi İslam məbədlərini başqa xalqın mədəniyyətinin nümunəsi kimi təqdim edib, yəni özgəninkiləşdiriblər. Üçüncü istiqamət isə alban məbədlərinə olan münasibət idi ki, burada isə onların siyasətinin mahiyyəti özününküləşdirmək xarakteri daşıyırdı”,-deyə DQİDK-nın sədr müavini əlavə edib. Gündüz İsmayılov onu da bildirib ki, işğal altında olan 128 alban məbədinin demək olar ki hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqoryan kilsəsinə çevrilib.”

Mehman
Xəbəri paylaş