Karantini pozan 3 nəfər həbs edildi, 2 815 nəfər cərimələndi
Tarix: 14-01-2021, 11:38
Newscenter.az.14.01.2021. Ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın yanvarın 13-də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində inzibati həbs, 2 815 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.