Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada mağazadan oğurluq etmək istəyən şəxs iş başında yaxalandı



Newscenter.az.14.01.2021. DİN-in Baş Mühafizə İdarəsinin Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşlarının xidməti ərazidə apardıqları ayıq xidmət nəticəsində rayon ərazisində oğurluq hadisəsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Quba rayonu Qonaqkənd qəsəbə sakini Əmrah Əmrahov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qapı şüşələrini qırmaqla qanunsuz daxil olub və oradan oğurluq etməyə cəhd edib. Lakin onun bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Quba Rayon Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və cinayətkar “iş başında” yaxalanaraq Quba Rayon Polis Şöbəsinə gətirilib.

Dindirilmə zamanı Ə.Əmrahov törətdiyi cinayət əməlini etiraf edib.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş