Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sağlamlıq imkanları məhdud uşaqlar Vətən Müharibəsinə həsr olunmuş videoçarx hazırlayıb-VİDEO



Newscenter.az.14.01.2021. Bakı şəhəri 268 nömrəli xüsusi məktəbin şagirdləri Vətən Müharibəsində qazanılmış böyük zəfərə həsr edilən maraqlı videoçarx hazırlayıblar.

Newscenter.az-a Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, videoçarxın hazırlanmasının əsas məqsədi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, onları milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir.

Ulu öndər Heydər Əliyev və Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin Qarabağ torpaqlarına dair dəyərli fikirləri ilə başlayan videoçarxda şagirdlər Vətən Müharibəsi zamanı işğaldan azad olunmuş torpaqlarımız, şəhidlər və qazilər haqqında fikirlərini səsləndirirlər. Azərbaycan
Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Vətən Müharibəsinin iştirakçılarına öz təşəkkürlərini bildirirlər.

R.Mehdiyeva
Xəbəri paylaş