Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

XİN: Erməni nazirin ərazilərimizə səfəri baha başa gələ bilər



Newscenter.az.14.01.2021. "Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir".

Bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində yer alıb.

"Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik", - deyə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.
Xəbəri paylaş