Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın vaxtlarda Xorvatiya-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun görüşü keçiriləcək



Newscenter.az.14.01.2021. Xorvatiya Parlamenti Xorvatiya-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna yeni rəbhər təyin edib, sözügedən vəzifənin icrası isə Cənab Mato Çiçaka həvalə edilib.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Xorvatiya-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun Azərbaycandan olan rəhbəri Könül Nurullayeva verib. O, bildirib ki, Azərbaycan-Xorvatiya Parlamentlərarası İşçi Qrupunun rəhbəri olaraq, Cənab Çiçaka təyin edildiyi rəhbər vəzifəsi münasibətilə təbrik məktubu yollayıb:

“Ona gələcək illərdəki fəaliyyətində uğurlar arzuladım. Əminəm ki, sözügedən təyinat Azərbaycan və Xorvatiya Respublikaları arasında mövcud olan dostluq, eyni zamanda siyasi, iqtisadi və mədəni əlaqələri daha da sürətlə inkişaf etdirəcək, parlamentlərarası əlaqələrimizin gələcək illərdəki inkişafına öz müsbət töhfəsini verəcək”.

Millət vəkili onu da deyib ki, yaxın zamanda birgə ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulur:

“Görüşümüzün uğurlu olacağına, əməkdaşlığımızın prioritet sahə və vəzifələrinin təyin və icra olunmasında mühüm rol oynayacağına əminəm”.

Anar
Xəbəri paylaş