Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcərin deputatı 3 gün Kəlbəcərdə – FOTOLAR



Newscenter.az.15.01.2021. Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov 28 ildən sonra doğma yurda səfər edib.

Newscenter.az xəbər verir ki, 3 gün ərzində işğaldan azad edilmiş Kəlbəcərdə olan millət vəkili burada müxtəlif yerlərə baş çəkib. Rayon mərkəzində fəaliyyətini yenidən qurmağa başlayan dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının yerli şöbələrinin işi ilə tanış olub.

Millət vəkili Azərbaycan-Ermənistan sərhədi boyu mövqe tutan, ağır hava şəraitinə baxmayaraq sərhədlərimizi qoruyan hərbçilərimizin zastavalarına baş çəkib. Onların vəziyyəti, qayğıları ilə maraqlanıb. Hərbçilərlə görüşlərdə deputat A.Məmmədov bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə, çətin coğrafi mövqedə, sərt hava şərtləri altında xidmət edən hərbçilərimizin sosial şəraitlərinin yaxşılaşdırılması üçün intensiv tədbirlər görülür. Və bu işlər davam etdiriləcək.

O, yenidən Kəlbəcər dağlarında, düşmən mövqeləri ilə üz-üzə xidmət etməyin böyük şərəf olduğunu vurğulayaraq hərbçilərimizə bu müqəddəs missiyanın həyata keçirilməsində uğurlar arzulayıb.

Millət vəkili Kəlbəcərdə olduğu müddətdə bir sıra kəndlərə də baş çəkib.

Anar

Xəbəri paylaş