Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Baxçalı Şuşada məktəb açacaq



Newscenter.az.16.01.2021. Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı işğaldan azad edilmiş Şuşa şəhərində təhsil müəssisəsi açmağı nəzərdə tutub.

Newscenter.az xəbər verir ki, bu barədə MHP sədri özünün tvitter sosial şəbəkə hesabında məlumat verib. Dövlət Baxçalı bildirib ki, təhsil müəssisəsinin açılması Ülkü Ocaqları Təhsil və Mədəniyyət Mərkəzi tərəfindən həyata keçiriləcək: "Möhtərəm prezidentimiz Rəcəb Tayyib Ərdoğan icazə verərsə və Azərbaycan prezidenti Cənab İlham Əliyev uyğun bilərsə təlimatımız əsasında Ülkü Ocaqları Təhsil və Mədəniyyət Mərkəzi tərəfindən Şuşada 9 illik bir məktəb açmaq hədəfimizdədir".

Anar
Xəbəri paylaş