Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək



Newscenter.az.16.10.2021. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Newscenter.az xəbər verir ki, Türkiyə lideri bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında deyib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb.
Xəbəri paylaş