Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan və Baxçalının ən böyük ARZUSU



Newscenter.az.16.01.2021. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın və müttəfiqi Milliyətçi Hərəkat Partiyasının lderi Dövlət Baxçalının ən böyük arzusu qısa müddətdə Şuşaya gəlməkdir. Bu əfsanəvi şəhər onlar üçün də müqəddəsdir. Ərdoğan bu gün azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığında iki mövzuya diqqət çəkib. Birincisi, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərinə başlamalarıdır. İkincisi, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasıdır. Hər ikisinə bizim də ehtiyacımız var. Türkiyə Cumhurbaşqanı söhbətin sonunda hər zaman olduğu kimi ölkəsinin bundan sonra da Azərbaycana dəstək verəcəyini vurğulamağı da unutmayıb.

Dövlət Baxçalının Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində ibtidai məktəb binası inşa etmək istəyini yazması günün digər başlıca xəbəri sayıla bilər. Baxçalı keçmiş illərdəki bütün çıxışlarında da Dağlıq Qarabağın işğalını bütün türk dünyasının dərdi və problemi olduğunu vurğulayır, erməni işğalını lənətləyirdi. İndi rayon, şəhər və kəndlərimizin azad olunmasına ən çox sevinənlərdən biri də məhz Baxçalıdır. “Şuşa türk mədəniyyəti və tarixinin simvoludur” deyən Baxçalı arzusunu bu şəkildə qələmə alıb: “İnşasını arzuladığımız ibtidai məktəbin Üzeyir Hacıbəylinin adını daşıması, təməl atma mərasiminin isə qarşımızdakı 30 yanvar tarixində keçirilməsi mümkündür”. Başqa sözlə Baxçalı bu ayın sonunda Şuşaya gəlmək istəyir. Əlbəttə, Rəcəb Tayyib Ərdoğan Şuşaya daha əvvəl gəlmək istəyərdi. Ancaq hər iki lider eyni gündə də Şuşaya gələ bilərlər.

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş