Newscenter.az.17.01.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları İkinci Qarabağ müharibəsində yaralanmış daha iki qazimizlə - Rüstəmov Sübhan Yusif oğlu (Oğuz) və Tarverdiyev Məlik Malik oğlu (Xaçmaz) ilə bağlı sosial dəstək işlərinə başlayıblar.
S.Rüstəmovun ailəsi ilə görüşən Nazirlik əməkdaşları qazinin istəyinə və əmək bacarığına uyğun olaraq onun üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfat yaradılmasını qərara alıblar.
M.Tarverdiyevin ailəsi ilə görüş zamanı qazi özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib. İstəyinə uyğun olaraq onun üçün iaşə xidmət sahəsi yaradılması üçün qeydiyyata alınıb, müvafiq sənədləşdirmə işləri aparılıb.
Hər iki ailəyə ünvanlı sosial yardım almaq üçün müraciət proseduru, müvafiq qanunvericilik barədə də məlumat verilib, sosial vəziyyətlərinin diqqətdə saxlanacağı bildirilib. S.Rüstəmovun və M.Tarverdiyevin əlilliyinin qiymətləndirilməsinin aparılacağı və əlillik təyin olunduğu halda onlara hər ay sosial ödənişlər veriləcəyi də qeyd edilib.