Newscenter.az.17.01.2021. Türkiyə və Azərbaycan Qars vilayətində son dövrlərin ən böyük hərbi təlimini keçirəcək.
Newscenter.az xəbər verir ki, qış təlimləri 1-12 fevral tarixində baş tutacaq. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti, komandolar və helikopterlər iştirak edəcək, hava hücumu əməliyyatları, havadan atış hərəkatı, hava nəqliyyatı və logistik dəstək fəaliyyəti yerinə yetiriləcək.
Birgə təlimlərdə məqsəd əməkdaşlıq və koordinasiyanı təmin etmək, müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını sınaqdan keçirməkdir.
Təlimin son dövrün ən böyük təlimlərindən biri olduğu bildirilir.