Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə batan Rusiya gəmisində axtarışlar dayandırılıb



Newscenter.az.17.01.2021. Qara dənizin Türkiyə sahillərində “Arvin” yük gəmisinin batması nəticəsində dörd nəfər həyatını itirib.

Bunu Türkiyənin Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib. Onun sözlərinə görə, gəmi pis hava şəraiti səbəbiylə batıb:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış və xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün frekat göndərib.

Anar TAĞIYEV
Xəbəri paylaş