Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Aztelekom” Zaqatalada 384 ailənin mənzilini müasir avadanlıqla təmin edib



Newscenter.az.18.01.2021. Regionlarda vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatını təmin etmək məqsədilə növbəti layihə Zaqatala rayonunda icra olunub.

Newscenter.az bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirliyə məxsus “Aztelekom” MMC Zaqatalada əhatə dairəsini genişləndirib. Məqsəd əhali, müəssisə və təşkilatlara göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Zaqatalada mərkəzi xətt şəbəkəsi təmir edilərək müasir tələblər səviyyəsinə çatdırılıb, kabel-kanal sistemi texniki normalara gətirilib, köhnə dirəklər bərpa edilib, sıradan çıxmış dirəklər isə yeniləri ilə əvəz olunub. Eyni zamanda, əhalinin telefon və internet tələbatını ödəmək məqsədilə Uzunqazmalar, Danaçı, Aşağı Tala, Gözbarax, Lahıc kəndlərində texniki işlər aparılmaqla rabitə avadanlıqlarının tutumu artırılıb.
Rayonun Suvagil kəndində əhali sayının artması və yeni yaşayış evlərinin tikilməsi nəticəsində kəndin ərazisi kifayət qədər genişlənib. Kənd əhalisinin çoxsaylı müraciətlərini nəzərə alaraq, “Aztelekom” tərəfindən 384 ailənin mənzilinə və əraziyə telekommunikasiya xidmətlərindən istifadə etmək üçün müasir avadanlıq quraşdırılıb. Sakinlərin genişzolaqlı xidmətlərə qoşulması təmin edilib.

Son bir ildə “Aztelekom” həlli vacib bir sıra işlər görüb, mərhələli şəkildə infrastruktur layihələri həyata keçirib. Nəticədə rayonlarda rabitə şəbəkəsi genişləndirilib, həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilib. Şəbəkə infrastrukturunun yenidən qurulması ilə yanaşı, paralel olaraq indiyə qədər telefonlaşmayan, çətin coğrafi zonalarda yerləşən ərazilərdə də yeni elektron ATS-lər qurulub.

Sevinc
Xəbəri paylaş