Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DANX tərəfindən pandemiya dövründə 13341 nöqsan aşkar olunub



Newscenter.az.18.01.2021. “2020-ci ilin mart ayından Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə şəhərlərarası, rayonlararası (Bakı-Sumqayıt-Abşeron halqası istisna olmaqla) və beynəlxalq sərnişin daşımalarına məhdudiyyət tətbiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi elan etməsi ilə əlaqədar olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası) sərnişin daşımalarının dayandırılması istiqamətində zəruri təşkilati və nəzarət tədbirlərinin görülməsi məqsədilə şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin dayandırılması haqqında əmr və “Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına dair Təlimat” hazırlanıb”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatını təqdim edərkən səsləndirib. O, qeyd edib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə avtomobil nəqliyyatı sektorunda hərəkətin məhdudlaşdırılması, müvafiq maarifləndirici tədbirlərin görülməsi və sosial təcridin gücləndirilməsi məqsədilə Xidmətin regional şöbələrinə və müvafiq sahə üzrə digər məsul qurumlara göndərilmək məqsədilə məktub və telefonoqramlar hazırlanıb və göndərilən sənədlərin icra vəziyyəti mütəmadi nəzarətdə saxlanılıb.

“Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCoV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən koronavirus xəstəliyinin qarşısının alınması ilə əlaqədar tədbirlərin görülməsi təşkil olunub. Bununla əlaqədar olaraq avtovağzalların (avtostansiyalarda) ölkədaxili sərnişindaşımanı həyata keçirən avtonəqliyyat vasitələrində müvafiq daşıyıcılar tərəfindən dezinfeksiya işlərinin yerinə yetirilməsinin təmin edilməsi, avtovağzalın (avtostansiyanın) ərazisinin, gözləmə zalının, xidməti otaqlarının, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrinin gündəlik dezinfeksiyasının həyata keçirilməsi, həmçinin xəstəliyinin qarşısının alınması sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi, gündəlik dezinfeksiya işlərinin aparılması barədə aktların tərtib olunması və bu barədə Xidmətə rəsmi məlumatın verilməsi ilə bağlı Xidmətin regional şöbələrinin və avtovağzalların (avtostansiyaların) rəhbərlərinə müvafiq məktubla tapşırıq verilib və bu sahədə aparılan işlər nəzarətdə saxlanılır”.

DANX rəhbəri deyib ki, koronovirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərə uyğun olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən öz tənzimləmə dairəsi çərçivəsində aprel ayından etibarən hazırkı tarixədək 165763 monitorinq keçirilib və 13341 nöqsan aşkar olunub:

“Aşkarlanan nöqsanların aparılan monitorinqlərdəki payı təxminən 8% təşkil edib və bu nöqsanların aradan qaldırılması üçün tərəfimizdən zəruri tədbirlər görülüb. Aparılan monitorinqlər işəgötürənin işçilərini qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla təmini (monitorinq sayı 39673, nöqsan sayı 1020), dayanacaqlarda və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada gəzməyi və məsafə saxlamağı təşviq edən maarifləndirici plakatların yerləşdirilməsi (monitorinq sayı 18630, nöqsan sayı 1162), vətəndaşlardan tibbi maska taxmalarını tələb edən və sosial məsafənin saxlanılmasının zəruriliyini bildirən maarifləndirici məlumatlar yerləşdirilməsi (fəaliyyətinə icazə verilən 8 avtovağzal və avtostansiyada monitorinq sayı 142, nöqsan sayı 11), avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün daşıyıcılar tərəfindən şəffaf arakəsmələrin quraşdırılması (monitorinq sayı 21176, nöqsan sayı 1177), taksilərdən istifadə edən müştərilərin yalnız arxa oturacaqlarda oturmasının təmini (monitorinq sayı 23392, nöqsan sayı 5111), taksi sürücüsü ilə arxadakı oturacaqlar arasında şəffaf, hava keçirməyən arakəsmələrin quraşdırılması (monitorinq sayı 23156, nöqsan sayı 2250) və avtobusların və taksi minik avtomobillərinin fasilələr zamanı daşıyıcılar tərəfindən dezinfeksiya edilməsi (monitorinq sayı 39594, nöqsan sayı 2610) ilə bağlı məsələləri əhatə edib”.

Sevinc
Xəbəri paylaş