Newscenter.az.18.01.2021. Ötən il dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmamazlıqlar da aşkarlanıb.
Bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir.
Bildirilib ki, monitorinqlər zamanı yayımçıların qanunun bu tələbinə tam şəkildə riayət etdikləri müşahidə edilmir.