COVID-19-un ağır gedişatından qoruyan dərman yaradılıb
Tarix: 20-01-2021, 18:06
Newscenter.az.20.01.2021. Raş Universiteti Tibb Kollecinin amerikalı alimləri koronavirusun ağır formasının inkişafına mane ola biləcək molekul hazırlayıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Journal of Neuroimmune Pharmacology” jurnalında yazılıb.
Tədqiqatda qeyd edilir ki, yaradılmış hissəcik COVID-19 zamanı əsas ölüm səbəbinin - sitokin fırtınasının qarşısını alır.
Siçanlarda sınaqlar apardıqdan sonra mütəxəssislər molekulun ağciyərlərin qorunmasına kömək etdiyini, bədən temperaturunu aşağı saldığını və ürək fəaliyyətinin yaxşılaşdırdığını təsbit ediblər.