Newscenter.az.21.01.2021. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərdiklərinə görə təltif olunan hərbi qulluqçular arasında “Azərbaycan Dəmir Yolları” QSC-nin 57 əməkdaşı var.
Bu barədə məlumat Newscenter.az-a Səhmdar Cəmiyyətdən daxil olub.
“Azərbaycan Dəmir Yolları” QSC ərazilərimizin azad edilməsində fəal iştirak etmiş və təltif edilmiş bütün əsgər və zabitləri ürəkdən təbrik edir:
”Həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirik”.
Sevinc