Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısı: "Bu layihə geniş ixracat imkanları açır"



Newscenter.az.21.01.2021. "Son illər Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər çox müsbət məcrada inkişaf edir".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında keçirilən görüşdə bildirib.

“Elə yüksək səviyyədə qarşılıqlı səfərlərin cədvəlinə nəzər salmaq kifayətdir. Son 3 ildə iki ölkə prezidentlərinin 5 qarşılıqlı səfərini görürük. Bu səfərlər çərçivəsində 50-dən artıq sənəd imzalanıb. Tarix boyu bütövlükdə imzalanmış 100-dən artıq sənədin yarısı son üç ilin payına düşür. Sevindirici haldır ki, bu sənədlərin hamısı icra olunur. Bu gün imzaladığımız sənəd Xəzərin karbohidrogen sərvətlərinin istifadəsində yeni səhifə açaraq həm ölkələrimizin, həm də qonşularımızın enerji təhlükəsizliyinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu layihə həm də geniş ixracat imkanları açır”, - dövlət başçısı vurğulayıb.
Xəbəri paylaş