Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlanıb



Newscenter.az.21.01.2021. Sumqayıt şəhər sakininin bank hesabınından pul oğurlanıb.

“Report” xəbər verir ki, məlumata görə, Vətən uğrunda gedən döyüşlər zamanı yaralanan Qəhrəman Ağacanovun adına yardım üçün bank hesabı açılıb.

Daha sonra həmin bank hesabından yığılan vəsait oğurluq yolu ilə ələ keçirilib.

Q.Ağacanov bu barədə Daxili İşlər Nazirliyinə müraciət edib.

Bildirilib ki, müraciətə dərhal reaksiya verilərək müvafiq araşdırma aparılıb və görülən təxirəsalınmaz tədbirlərlə oğurlanan həmin məbləğ Q.Ağacanova geri qaytarılıb.
Xəbəri paylaş