Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan intensiv quruculuq və inkişaf addımlarına başlayıb



Newscenter.az.22.01.2021. Azərbaycan postmuharibə dövrü ləngimədən intensiv quruculuq və inkişaf addımlarına başlayıb. 30 il davam edən Qarabağ münaqişəsi həllindən dərhal sonra, 30 ildir Azərbaycanla Türkmənistan arasında davam edən, Xəzər dənizindvəki "Kəpəz" neft-qaz yatağı mübahisəsi də həll olunub. Özü də dostluq ruhu və türk qardaşlığı səviyyəsində.

Uzun illər Türkmənistanla Azərbaycan arasında mübahisə predmeti olan “Kəpəz” (türkmənlərə görə “Sərdar”) yatağının karbohiderogen ehtiyatlarının birgə istismarına dair iki ölkə arasında saziş imzalanıb. Sənədi Türkmənistandakı mərasimdə iki ölkənin xarici işlər nazirləri imzalayıb. İmzalar Azərbaycan və Türkmənistan prezidentləri, İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədov arasındakı videokonfrans formatlı görüşdə təsdiqlənib. Və bu yatağa yeni ad verilib: "Dostluq".

Nə verir, bu mühüm saziş, birgə fəaliyyət Azərbaycanımıza, regiona, türk dünyasına?

1. Bu 50 milyon ton neft ehtiyatlı yatağın birgə işlənməsi ona kapital qoyuluşunu, onun istismar keyfiyyətini, beynəlxalq müəssisə olmaqla təhlükəsizliyini və nəticədə istehsal həcmini və birgə gəliri xeyli artırır.
2. Böyük ehtiyatlara (50 mln. ton, 35-40 milyard dol.) malik yataqla, nəticədə Azərbaycan hələ uzun müddət Xəzərin iri karbohidrogen hasilatçılarından biri kimi öz mühüm geosiyasi mövqeyini qoruyub saxlaya bilir.
3. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu da neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artırır. Bu, ölkəni regionda iqtisadi nəqliyyat-loqistik, geosiyasi qovşağa çevrir.
4. Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığı yeni mərhələyə qaldırır. İki ölkə və ümumiyyətlə Orta Asiya türk dövlətləri arasında bir çox digər sahələrdə əməkdaşlığa yol açır.
5. Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Xəzəri sülh, dostluq dənizi edir.
6. Xəzər regionundakı hegemonçu böyük dövlətlərin iki qardaş türk dövlətinin arasını vurub, xəzərətrafı birlik və müstəqilliyini korlama siyasəti erasına son verilir. Azərbaycan və Türkmənistan heç bir kənar vasitəçi, region "ağsaqqalı" müdaxiləsinə ehtiyac olmadan, müstəqil, sərbəst birgə mənfəətli əməkdaşlıq sazişi bağıayır.
7. "Dostluq" birgə yatağı Xəzərin bu tayı ilə o tayı arasındakı Türk Dünyasını birləşdirən milli qardaşlıq körpüsünə çevrilir. Videogörüş zamanı prezidentlər İ. Əliyev və Q. Berdıməhəmmədov dəfələrlə bir-birinə qardaş deyə müraciət etdilər. Türkiyə və Azərbaycan arasından başlayan qardaşılıq, Azərbaycan üzərindən Türkmənistana və böyük, qədim Orta Asiya türk yurduna uzanır.

Oxucularımız sual verirlər ki, bütün bunların əhalimizə, xalqımıza nə xeyri? Çox böyük xeyri olacaq, bu aydın görünür. Bir şeyi bilək və bu görünür ki, bizim prezident İlham Əliyev bu ölkəni regionda ən güclü və inkişaflı dövlətə çevirmək əzmi və qətiyyətindədir. Döyüşlə, zəfərlə ordumuzun gücünü və qüdrətini təşkil, təmin etdi. Arxasında NATO potensiallı, nahəng bir hərbi dövlət olan Türkiyə ilə qardaş birliyində regional təhlükəsizliyimizi də təmin etdi. Qaldı, iqtisadi və təsərrüfat qlobal proyektləri, onu da müharibə bitən kimi dayanmadan, tez və görünməmiş geniş miqyasda həyata keçirir. Və bütün bu sahələri bilən bizim dövlət başçımız təbii ki, onu da gözəl bilir ki, güclü və inkişaflı dövlət həm də əhalisi ədalət və firavanlıq içində yaşayanda olur. Bu məntiqdir, dünya qanunudur. Və mən əminəm, siz də əmin olun ki, az zamandan, siyasi tədbirlər, iqtisadi imkanlardan sonra belə də olacaq.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş