Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb



Newscenter.az.22.01.2021. Qanunsuz silahlı birləşmə tərkibində Azərbaycan ərazisində terror əməlləri törətməkdə təqsirləndirilən erməni əsilli Hagop Xajiryan və Hagop Abrahami Terzian barəsində Azərbaycanda cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

Təqdimatlara Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Hər iki şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə), 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq), 214.2.3-cü ( odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq), 279.2-ci (Dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, bu birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham verilib.
Xəbəri paylaş