Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhsəti Hüseynova yazır: Şirin bibərin faydaları hansılardır?



Newscenter.az.23.01.2021. Şirin bibər XIX əsrdən mətbəxdə qida kimi istfadə edilir. XIX əsrə kimi isə ondan müalicə məqsədilə xalq təbabətində geniş istifadə edilib.

Şirin bibərin tərkibi C, B1, B2, B9, P, PP və karotinlə zəngindir. Tərkibində olan bu vitaminlərə görə mütəxəssislər yaşlı adamlara, şəkərli diabetdən, yaddaş pozğunluqlarından, yuxusuzluqdan, fiziki gücün azalmasından əziyyət çəkənlərə hər gün şirin bibər yeməyi məsləhət bilir.

Onun tərkibində olan C vitamininin miqdarı limonun və qara yemşanın tərkibində olan C vitamininin miqdarına bərabərdir.
Askorbin və P vitamininin qarışımı qan damarlarının divarlaını möhkəmləndirdiyinə və bunların hər ikisinin miqdarının bu tərəvəzdə çox olduğuna görə həkimlər hər gün şirin bibər yeməyi məsləhət görür.

Şirin bibər yemək orqanizm üçün çox faydalı hesab edilir. Şirin bibərin tərkibində çoxlu makro və mikro elementlər: maqnium, kalsium, kalium, yod, xrom, sink, marqnes, kükürd, kolbat və s. vardır. Şirin bibərin immunitet zəifliyi, qan azlığı, keçəlləşmə və osteoparozun müalicəsi zamanı faydası çox böyükdür.

Şirin bibəri qan xəstəlikləri, diş əti qanaxmaları, ağqanlılıq və sümüklərin tez-tez sınması zamanı istifadə etdikdə xəstəliyin əlamətləri aradan qalxır. O həzmi, bağırsaqların peristaltikasını artırır və bağırsaq möhtəviyyatının xaric olunmasını sürətləndirir.

Şirin bibərin tərkibində olan kalsaisin maddəsi ona xüsusi dad verir. Bu maddə arterial təzyiqi aşağı salmaq, qanı təmizləmək və trombları əritmək qabiliyyətinə malikdir.

Şirin bibər orqanizmi xərçəng xəstəliklərindən qoruyur, qanda xolesterinin və triqliseridlərin miqdarını aşağı salır.

Məhsəti Hüseynova-Qida təhlükəsizliyi üzrə ekspert
Xəbəri paylaş