Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalada yolların əsaslı təmiri davam edir-FOTOLAR



Newscenter.az.23.01.2021. Neftçalada yol infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin iqtisadi inkişafı ilə bağlıdır.

Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2020-ci il proqramına uyğun olaraq, Həsənabad, Bankə və Xıllı qəsəbələrində və Neftçala şəhərində daxili yollarda əsaslı təmir işləri yekunlaşıb. Xıllı qəsəbəsi ( V.Məmmədov, İ.Nəsimi küçələri), Bankə qəsəbəsi (C.Mikayılov, Ə.Məmmədov küçələri ), Həsənabad qəsəbəsi (H.Z.Tağıyev, Q.Babayev) və Neftçala şəhərində (İ.Əbilov, Pambıqçı, S.Bayramov, C.Abdullayev) yollar əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

2020-ci ildə Rayon İcra Hakimiyyəti Başçısı Mirhəsən Seyidovun təşəbbüsü ilə cari təmir olunan K.Hüseynov küçəsi ( Neftçala şəhərində ) və M.Ə.Sabir küçəsi ( Həsənabad qəsəbəsində ) vətəndaşlarımızın istifadəsinə verilib. Vətəndaşlarımızı daha çox narahat edən digər yolların 2021-ci ildə əsaslı təmir olunması planlaşdırılıb. Qeyd olunan əsaslı və cari təmir olunan ünvanlarda yaşayan sakinlər razılıq və təşəkkürlərini bildirib.

2021-ci ildə eyni zamanda dövlət əhəmiyyətli yolların Şorsulu- Xol Qarabucaq- Xəzər, Neftçala- Kürkənd- 2 №-li Mayak avtomobil yolunun əsaslı təmir olunması üçün analiz-təhlil işləri yekunlaşdırılıb. 2021-ci ildə dövlət əhəmiyyətli yolların “2019-2023-cü illərdə Regionların sosial-iqtisadi inkişafı proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmiri planlaşdırılıb.

Anar
Xəbəri paylaş