Baku Medical Plazada əməliyyat olunan pasiyent vəfat edib
Tarix: 25-01-2021, 12:19
Newscenter.az.25.01.2021. Bakıda özəl klinikaların birində ölüm hadisəsi baş verib.
“Report”un xəbərinə görə, 1982-ci il təvəllüdlü Rəşad Mahmudov Baku Medical Plazada baş nahiyəsindən əməliyyat olunub.
Vəziyyəti ağır olan R.Mahmudov infrakt keçirərək dünyasını dəyişib.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.