Newscenter.az.25.01.2021. Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov Telegram-ı daha etibarlı istifadə etmək üçün tövsiyələrini açıqlayıb.
Newscenter.az-a daxil olan məlumatda bildirilib ki, Telegram-ın populyarlığı son günlər sürətlə artmaqdadır. Tətbiqin funksionallığı mətn ismarışları mübadiləsindən kənara çıxır: xidmət eyni zamanda sosial şəbəkə və bloq elementlərini özündə birləşdirir, buna görə də təhlükəsizlik və məxfiliyə yanaşması digər messencerlərdəkindən bir qədər fərqlidir. Telegram-da gizlilik qurmağınıza kömək edəcək bir yoxlama siyahısı tərtib etmişik.
• Bir istifadəçi adı yaradın (username) və yazışmalarda öz ad və soyadınızdan yox, ondan istifadə edin
• İki faktorlu identifikasiyanı aktivləşdirin. Əgər təcavüzkar hesabınızın idarəsini ələ keçirməyə çalışırsa, doğrulama kodu kifayət etməyəcək, ona parol da lazım olacaq. İki faktorlu identifikasiyanı təmin etmək üçün parametrlərdəki Gizlilik (Privacy and Security) bölməsinə keçməlisiniz.
• Xüsusi məxfi yazışmalar üçün Gizli söhbət (Secret chat) funksiyasından istifadə etmək daha yaxşıdır. Bu cür söhbətlər müəyyən bir cihaza bağlanır, başqa sözlə, söhbətlərin özü və onlardakı məlumatlar istifadəçilərin cihazları xaricində heç bir yerdə saxlanmır. Bundan əlavə, onlarda özünüməhv taymeri mövcuddur.
• Hesabınızın hansı cihazlarda açıq olduğunu görmək üçün Aktiv sessiyalara (Active sessions) nəzər salın. Bu, parametrlərin Cihazlar (Devices) bölməsində edilə bilər. Naməlum və ya şübhəli bir cihaz tapsanız, bu sessiyanı sonlandırın və əgər quraşdırılmış parol varsa, onu dəyişin.
• Tətbiq parol və Touch ID təyin etməyə imkan verir. Bu halda tətbiqi kilidləmək və kilidini açmaq üçün söhbət siyahısında bir kilid işarəsi görünəcəkdir.
• Telegram-da sizinlə bağlı hansı məlumatların platformanın bütün istifadəçiləri üçün əlçatan olmasına diqqət yetirin. Bu, parametrlərə Gizlilik (Privacy and Security) bölməsində nəzarət edilə bilər.
o Telefon nömrəsi. Telefon nömrəsi (Phone Number) bölməsinə daxil olun, Telefon nömrəmi kim görür (Who can see my phone number?) üçün Heç kimi (Nobody)) seçə bilərsiniz, daha sonra Nömrəyə görə kim məni tapa bilər (Who can find me by number?) üçün Kontaktlarımı (My contacts) seçə bilərsiniz.
o Aktivliyinizi görə bilən istifadəçilər. Son aktivliyi (Last Seen & Online) seçin, Şəbəkədə olarkən məni kim görür (Who can see you Last Seen time?), sonra isə Heç kimi (Nobody) seçə bilərsiniz.
o Profil şəklini görə bilən istifadəçilər. Profil şəklini (Profile photos), sonra da Kontaktlarımı (My contacts) seçin.
o Mesajları yönləndirərkən hesabınıza istinad edə bilən istifadəçilər. Mesajların yönləndirilməsini (Forwarded Messages) seçin, sonra Mesajları yönləndirərkən hesabıma kim istinad edə bilər (Who can add a link to my account when forwarding my messages?) bölməsində Kontaktlarımı (My contacts) aktiv edin.
o Sizə zəng edə bilən istifadəçilər. Zənglər (Calls) bölməsində Hamı (Everybody) seçimini edə bilərsiniz - sonra istənilən istifadəçi sizə zəng edə bilər və ya Mənim kontaktlarımı (My contacts) seçərək siyahını məhdudlaşdıra bilərsiniz.
o ∙Əgər razılığınız olmadan təsadüfi qruplara düşmək istəmirsinizsə, Qruplar və kanallar (Groups) bölməsində Kim məni əlavə edə bilər (Who can add me to group chats?) sualını cavablandırarkən Kontaktlarımı (My contacts) seçin.
• Əlavə olaraq, mobil telefon istifadəçiləri üçün bir sıra ümumi tövsiyələr mövcuddur:
o əgər yoxlanılmamış ictimai Wi-Fi mənbələrinə qoşulursunuzsa, əlavə qorunma üçün VPN-dən (https://www.kaspersky.ru/secure-connection) istifadə edin;
o hətta tanışlarınız göndərsə belə, mesajlardakı şübhəli linklərə keçid etməyin;
o quraşdırılması mümkün olan cihazlarda qorunma həlli quraşdırın;
o qeyri-rəsmi mənbələrdən tətbiqlər yükləməyin -bu halda troyanla qarşılaşmaq riski var, tətbiqlərin rəsmi mağazalarından istifadə edin
Sevinc