Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobil təmiri sexində pendir və yağ istehsalı müəssisəsi aşkarlanıb



Newscenter.az.26.01.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Newscenter.az-a daxil olan xəbərə görə, AQTA əməkdaşları tərəfindən İmişli rayonu ərazisində “Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun sol kənarı R11” ünvanında fiziki şəxs Ağayev Bəşir Ələsgər oğluna məxsus pendir və yağ istehsalı müəssisəsinə baxış keçirilib.

İlkin baxış zamanı müəssisənin avtomobil təmiri sexində baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına, eləcə də qüvvədə olan hüquqi normativ aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə pendir və yağ məhsullarının heç bir laborator müayinəyə cəlb edilmədən, soyuq zəncir rejiminə əməl olunmadan və üzərində etiketləşdirmə aparılmadan istehsal olunduğu aşkarlanıb.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Orxan
Xəbəri paylaş