Bakının bu rayonlarında su olmayacaq
Tarix: 26-01-2021, 18:00
Newscenter.az.26.01.2021. Yanvarın 27-də gün ərzində Abşeron, Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə məlumat Newscenter.az-a “Azərsu” ASC-dən verilib. Bildirilib ki, buna səbəb Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılmasıdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Mehman