Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ismayıllıda koronavirusa qarşı mübarizə tədbirləri davam edir-FOTOLAR



Newscenter.az.26.01.2021. İsmayıllı rayonun da karantin qaydalarının yumşaldılmasına baxmayaraq reydlər davam edir.

Newscenter.az-a daxil olan xəbərə görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən yanvar ayının 25-dən ölkə üzrə müəyyən yumşaldımaların olmasına baxmayaraq rayon ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilir. Bu gün keçirilən reydlərdə İsmayıllı şəhər ərazisində fəaliyyətinə icazə verilmiş ticarət və digər oyektlərdə, sakinlərin sıx toplaşdığı yerlərdə, eləcə də bazar ətrafı və bankomatların qarşısında əhaliyə karantin qaydaları izah olunub, maarifləndirmə işləri aparılıb və eyni zamanda 1000-ə yaxın tibbi maska paylanılıb. Reyd və aksiya rayonda yaradılmış mobil qruplar, gənclər və könüllülər tərəfindən həyata keçirilib.

Son həftə ərzində 2413 ticarət obyekti, 516 digər fəaliyyət növü və 85 yas mərasimlərində monitorinq aparılıb ki, bunlardan 126 ticarət, 207 digər fəaliyyət obyektinə və 4623 vətəndaşa xəbərdarlıq edilib, həmçinin 14 nəfər inzibati qaydada cərimə olunub.

Xatırladırıq ki, son vaxtlar “COVID-19” infeksiyasına yoluxma sayının azalması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması qərara alınıb. Eləcə də digər yerlərlə yanaşı İsmayıllı rayon mərkəzində də yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyyət peyvənd olunacaq.
Sərt karantin rejiminin qaydalarına əməl olunması nəticəsində artıq rayonda yoluxmaların sayı demək olar ki, yox səviyyədədir. Ona görə də “Biz Birlikdə Güclüyük” şuarı ilə bir olub infeksiyadan tamamilə qurtulmaq üçün karantin qaydalarına mütəmadi əməl etmək və vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.

Anar
Xəbəri paylaş