Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mühəndis qoşunlarının şəhid olan hərbi qulluqçularının sayı açıqlanıb



Newscenter.az.26.01.2021. Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbi qulluqçusu döyüş əməliyyatlarında şəhid olub.

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları komandanının müavini polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, döyüşlər zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb: "Hərbi qulluqçularımızın göstərdiyi yüksək peşəkarlığı Ali Baş Komandan tərəfindən qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunun layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib. Bundan başqa Müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçusu isə medalla təltif edilib".
Xəbəri paylaş