Newscenter.az.26.01.2021. Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistanın hökumət rəsmilərinin Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması ilə bağlı görüşü keçiriləcək.
“Report” bu barədə RBK-ya istinadən xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycan tərəfdən Baş Nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Aleksey Overçuk, Ermənistan tərəfdən isə Mqer Qriqoryan iştirak edəcək. Tərəflər Azərbaycanın əsas ərazisi ilə Naxçıvan MR-nı birləşdirəcək, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcək.