Newscenter.az.26.01.2021. Bugünlərdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində sağlamlıqlarını itirən qaziləri ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Newscenter.az xəbər verir ki, Xaçmaz rayonunun Canaxır kəndində yaşayan qazi Şamo Osmanov müharibənin ilk günlərindən könüllü döyüşə yollanıb. Bir çox kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edib, silahdaşları ilə birgə düşmənə qan uddurub. O, müharibənin 37-ci günündə düşmən snayperi tərəfindən açılan atəş nəticəsində ayağından yaralanıb və hazırda yaşadığı evdə müalicə alır.
Döyüşlərdə yaralanan digər hərbiçimiz isə rayonun Qaradağ Buduq kənd sakini Elməddin Əhmədovdur. E.Əhmədov da ən çətin tapşırıqları yerinə yetirib, igidlik, şücaət göstərib. O da ayağından yaralanıb.
Hər iki qazimiz ölkə Prezidentinin sərəncamları ilə torpaqlarımızın azad olunmasında göstərdikləri sücaətlərə görə medallarla təltif ediliblər.
Mehman