Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xırdalanda dağıntılar altından çıxarılmış şəxslərdən 5-i evə buraxıldı - SİYAHI



Newscenter.az.26.01.2021. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ötən gün Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan şəxslərin səhhəti barədə açıqlama verib.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, ötən gün Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Emil Əliyev, Arif Hüseynov, 11 yaşlı Firuddin Musayev, Simayə Ələzova, Xədicə Şükürzadənin vəziyyətləri yaxşı olduğundan evə buraxılıblar.

Partlayış zamanı ağır bədən xəsarətləri alan Vüsal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Xəbəri paylaş