Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Rusiya mütəxəssisləri istixanalarda videomonitorinq keçirib



Newscenter.az.27.01.2021. Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.

Agentlikdən verilən məlumata görə, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində yanvarın 20-27-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Goranboy rayonu, Qızılhacılı kəndində yerləşən “Kaskad Agro” MMC, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Aqroinnova” MMC, Abşeron rayonu, Məhəmmədli qəsəbəsində yerləşən “ARGO” MMC, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “Agro Land Az” MMC, Abşeron rayonu, Quldar qış-otlağı ünvanında yerləşən “A-Alyans” MMC-də və Şəmkir rayonu, Düyərli kəndində yerləşən İsayeva Gülnar Namik qızı, Samux rayonu, Alabaşdı kəndində yerləşən Cəfərov Zahid Həbib oğluna məxsus pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.

Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.

Qeyd edək ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.

Orxan
Xəbəri paylaş