Newscenter.az.27.01.2021. “Biz Azərbaycanın üzləşdiyi işğalı aradan qaldırmağa müvəffəq olduq. Azərbaycan torpaqları işğaldan azad edildi. İndi regionumuzda yeni müstəvi və imkanlar açılıb”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu xüsusda da Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və bütün regionun geniş bir mənada geosiyaətinin dəyişdirilərək əməkdaşlığa və işbirliyinə doğru inkişaf etdirilməsidir”, - o bildirib.