Newscenter.az.27.01.2021. Yadınızdadırsa 2015-ci ildə Əli Abbasovun Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilməsi hadisəsi cəmiyyətimizdə çox böyük rezonans doğurdu. Bir il sonra, Ziya Məmmədovun vəzifədən azad edilməsinə isə, insanlar inanmırdılar! Bu ondan da böyük və inanılmaz hadisə oldu.
Ancaq bu gün onların hər ikisinin vəzifəsini birlikdə daşıyan, ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə vəzifəsindən azad olunur və yerinə başqa bir şəxs təyin olunur. Cəmiyyət bunu çox adi və sıradan bir hadisə kimi qarşılayır. Yəni, olmalı olduğu kimi! Niyə?
Ona görə ki, indiki nazir əvvəlkilər kimi oliqarx deyil və iyirmi il həmin vəzifədə kök salmadı. Deməli, bütün dövlətlərin keçdiyi oliqarxiya mərhələsini biz də arxada qoymaqdayıq artıq. Ölkədə aparılan köklü struktur və kadr islahatları müsbət nəticəsini verməkdədir. Bax elə həm də Mikayıl Cabbarov kimi şəxsə böyük etimadın göstərilməsinin cavabı da burdadır.
Hər bir halda bu gün Prezident tərəfindən aparılan hər iki yüksək təyinatların dövlətimiz və xalqımız üçün xeyirli olmasını arzulayaq!
Xəyal Bəşirov-siyasi şərhçi