Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan rəhbərliyinin əsas strateji planı nədir?



Newscenter.az.28.01.2021. “Ermənistan rəhbərliyi Qarabağın Rusiya sülhmərmlı qüvvələrinin məsuliyyət zonasından silahlı qüvvələrini tədricən çıxararaq, bura yeni nizamı silahlı qüvvələr göndərmir. İlk növbədə Azərbaycan prosesə nəzarət edir. Əgər, Ermənistan yeni silahlı qüvvələr göndərəcəksə, bu yeni toqquşmalara gətirib çıxara bilər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, belə fakt qeydə alınacaqsa, burada əsas məsuliyyət Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşəcək:

“Əgər, Rusiya sülhmərmlı qüvvələri buna şərait yaradacaqsa, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən imtina etməlidir. Azərbaycan öz ərazisinə digər ölkənin silahlı qüvvələrinin buraxılmasına şərait yaradan sülhməramlı missiyadan imtina etməlidir. Rusiya sülhməramlı qüvvələri buna gedərsə, ordumuz hərkətə keçib, Laçın dəhlizini bağlamalıdır. Hazırda belə faktlar qeydə alınmır. Amma, bunun baş verməsi mümkün ola bilər. Əgər, baş verərsə, hərəkət etmək mütləqdir. Rusiya Ermənistandan yeni hərbi qüvvələrin Qarabağa göndərilməsini istəyir”.

Politoloq qeyd edib ki, Ermənistan Azərbaycan və Rusiya hökumət üzvlərindən ibarət yeni komissiya yaradılır. Bu komissiya çərçivəsində Azərbaycan Ermənistandan öhdəliklərə əməl edilməsi tələb edəcək:

“Bundan əlavə, Baş nazir Nikol Paşinyan da yaxşı bilir ki, Ermənistan üçün Qarabağ məsələsi bitib və bura silahlı qüvvələrini göndərməklə, nəyəsə nail olacağı mümkün deyil. Hazırda Ermənistan rəhbərliyinin əsas strateji planı Türkiyə və Azərbaycanla normalllaşma prosesinə nail olmaqdır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Dağlıq Qarabağda silahlı erməni birləşmələri, əsasən, Ermənistan silhalı qüvvələrinə tabe deyil:

“10 Noyabr üçtərəfli Bəyannəməyə uyğun olaraq silhlı erməni birləşmələri ərazidən çıxarılmalıdır. Amma, Rusiya bu öhdəliyə əməl etməyərək, siılahlı erməni birləşmələrinin sayını artırır. Qeyd edim ki, burada silahlı ermənilər qaldıqca, azərbaycanlıların bu əraziyə köçməsi mümkün olamayacaq. Türkiyə və Rusiya Monitorinq Mərkəzinə gəldikdə isə, bu sadəcə Türkiyənin Qarabağda rəsmi təmsil olunması üçün bir fəaliyyətdir. Atəşkəsə nəzarət edəcək bir Monitorinq Mərkəzinin fəaliyyəti qanunsuzdur və buna ehtiyac yoxdur. Çünki, Bəyannamənin 4-cü bəndinə uyğun olaraq silahlı erməni birləşmələri çəxarılmaldır. Əgər, silahlı erməni birləşmələri çıxarılacaqsa, belə bir mərkəzin fəaliyyətinə ehtiyac yoxdur. Bu, 10 noyabr Bəyannaməsində göstərilənlərə uyğun deyil. Əgər, silahlı erməni birləşmələri qalırsa, atəşkəs qorunursa, istənilən vaxt ermənilər atəşkəsi poza biləcək. Ümumiyyətlə, Rusiyadan konkret tələb edilməlidirki, 10 noyabr Bəyannaməsinin şərtlərinə əməl etsin və silahlı erməni birləşmələri çıxarılsın. Azərbaycanla Rusiya arasında Laçın Dəhlizi ilə bağlı ciddi fikir ayrılıqları qalır. Hökumət Rusiya ilə danışıqlarda Laçın Dəhlizi üzərində dronlarla müşahidə aparılmasının təşkil edilməsini tələb etməlidir”.


Mehman
Xəbəri paylaş