Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-nun 97 yaşlı professoru vəfat edib

AzTU-nun 97 yaşlı professoru vəfat edib


Newscenter.az.29.01.2021. Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, texnika elmləri doktoru, Prezident təqaüdçüsü, Radiotexnika kafedrasının məsləhətçi professoru Ulduz Kəngərli 97 yaşında vəfat edib.

Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, Ulduz Kəngərli 1961- 2005-cı illərdə Radiotexnika kafedrasının müdiri vəzifəsində çalışıb.
O, 218 elmi məqalənin, 12 müəlliflik şəhadətnaməsinin, 14 dərslik və dərs vəsaitinin, 8 metodiki göstərişin müəllifi olub.
AzTU-nun rəhbərliyi və kollektivi Ulduz Kəngərlinin vəfatından kədərlənir, ailəsinə səbr diləyir.

Allah rəhmət eləsin!
Xəbəri paylaş