Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi beynəlxalq təşkilatlar Azərbaycan vəkilliyinə görə niyə belə ciddi narahatdır?



Newscenter.az.29.01.2021. Bütün fəaliyyətləri dövründə dövlətimizə qarşı qərəzli mövqeləri ilə fərqlənən bəzi təşkilatlar son zamanlar yenə də fəallaşıblar. Sanki, Azərbaycana və azərbaycanlılara qarşı sevgi və doğmalıq hissləri baş qaldıran həmin qurumlar əksinə zaman-zaman ermənipərəst mövqeləri ilə fərqləniblər.

Bu dəfə Azərbaycan vəkilliyi ilə bağlı uydurma və əsassız fikirlərdən ibarət qərəzli hesabat yazmaqda məqsədləri nədir? Doğrudanmı artıq ənənəvi yanaşma istiqamətlərində dəyişiklik edib Azərbaycanda fəaliyyət göstrən vəkillərin qanunsuz təqib olunmasından narahatdırlar? Bəlkə, həm də ona görə narahatdırlar ki, ölkəmizdə vicdanlı vəkillər zərərsizləşdirildikdən sonra insanlarımıza peşəkar hüquqi yardım göstərəcək vəkil qıtlığı yaranacaq?

Düşünürəm ki, hazırki həssas dönəmdə bu cür hesabatın tələsik şəkildə yayılmasının bir sıra əsaslı səbəbləri vardır! Əslində yenə də, ümumilikdə ölkəmizə qarşı sərgilənən ənənəvi qərəz, ermənipərəst mövqe və ikili yanaşma tam yerindədir! Sadəcə, hər dəfə ölkəmizi fərqli tərəflərdən vurmağa çalışan bəzi quvvələr bu dəfə də, hədəflərini Azərbaycan vəkilliyi istiqamətindən götürüblər. Bu da təsadüfi deyil. Subyektiv düşüncələrimə və təhlillərimə görə bunun bir sıra əsaslı səbəbləri var.

Ölkədə vəkilliyin səlahiyyətinə aid olmayan və bir çox inkişaf etmiş dövlətlərdə hələ uzun illər əvvəl tətbiq olunan nümayəndəlik institutunun məhdudlaşdırılması məsələsi peşəkar və yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən uzaq olanların ovqatını təlx edib. Əksinə, bu cür addım hüquqi dövlət quruculuğu baxımından təqdirəlayiq hesab olunmalı olduğu halda, məlum olduğu kimi bir çoxlarının maraqlarına ziddir.

Digər tərəfdən, uzun illər qeyri-fəallığı ilə özü-özünü arxa planda saxlayan vəkillik institutunun son illərdə dövlətin diqqətində olması və qanunlar çərçivəsində dövlət dəstəyinə tuş gəlməsi xoşlarına gəlmir. Qeyri-dövlət qurumu olmasına bxamyaraq bu təsisatın insan hüquq və azadlıqları və hüquqi dövlət quruculuğu sahəsinə aid dövlət qurumları ilə sıx qarşılıqlı fəaliyyəti daxildəki kimi, xaricdə də bir çoxlarının qısqanclıqları ilə qarşılanmaqdadır. Bu da, onların daim ikitirəlik salmaq və hər şeyə rəğmən öz məqsədlərinə xidmət etmək vərdişlərindən qaynaqlanır.

Azərbaycanda peşəkar hüquqi yardım göstərməklə məşğul olan təsisatın iki mindən az sayda üzvünə görə narahat olub tələsik hesabatlar hazırlayan təşkilatlar yüz minlərlə qaçqın və məcburi köçkünümüzə görə niyə narahat olmur?! Otuz ilə yaxın bir dövr ərzində yaşamaq, mülkiyyət, işgəncəyə və pis rəftara məruz qalmamaq kimi fundamental hüquq və azadlıqları pozulan insanlar da narahat olmalı olduqları Azərbaycan insanlarıdır. Ölkəmizin daha neçə faizi işğal olunub yerlə yeksan edilməli idi ki, ona dair də bir hesabat hazırlamağa vaxt və imkan tapa idilər?

Əslində zamanlama baxımından bu addımın atılmasının digər əsas səbəbi də, elə Azərbaycanın bütün dünyaya səs salan möhtəşəm Qələbəsi ilə birbaşa bağlıdır! Çünki, həmin məkrli quvvələr həmişə ölkəmizi həzm edə bilmədikləri uğurlarına görə fərqli cəbhədən vurmağa çalışırlar. Düşmənə vurduğumuz sarsıdıcı zərbəni hüquqi müstəvidə təkrarlamağa qərar verən dövlətimizin addımları çoxlarını təlaşlandırıb.

Təlaşlarından hədəfə aldıqları Azərbaycan vəkilliyi də, dövlətimizin hüquq müstəvisində haqlı mübarizəsini aparacaq əsas qanadlarından biridir. Həm müharibə dövründə, həm də qələbəmizdən sonra AR Vəkillər Kollegiyasının çoxspektrli aktiv fəaliyyəti də, bunu deməyə əsas verir. Bu səbəbdən də, bu cür hesabatların, xüsusilə də hazırki həssas məqamda tələsik və uğursuz hazırlanmış növbəti qərəzli hesabatın əsas hədəfi vəkilliyimiz deyil, ümumilikdə Azərbaycan dövləti və onun maraqlarıdır!

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş