Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkəsəndə karantin rejimini pozan yeməkxana aşkarlanıb



Newscenter.az.29.01.2021. Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində Şahbaz Hüseynova məxsus yeməkxananın gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Newscenter.az-a verilən məlumata görə, obyekt sahibi və müştəriləri Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Xəbəri paylaş