Newscenter.az.29.01.2021. “Uzun əsrlər boyu Azərbaycanın belə möhtəşəm zəfəri olmamışdı. Biz o torpaqlara həmişə həsrətlə boylanırdıq. Mən 3 dəfə həmin müqəddəs torpaqlarda olmuşam”.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin təbiəti, ekologiyası hər bir azərbaycanlını narahat edirdi: “Həmin ərazilər çox qiymətli ərazilərdir. Cənab Prezidentin sərəncamı ilə torpaqlarımız işğaldan azad olunan kimi komendantlıqlar və daha sonra qərargah yaradıldı. 30 il müddətində daha çox ekologiyamız ziyan çəkmişdi. İşğal ərzində 54 328 hektar meşə sahəsi məhv edilib. Bu ilkin müşahidələri peyk görüntüləri əsasında qeydə almışıq”.