Newscenter.az.29.01.2021. Azərbaycanda poçtdaşıma və kuryer şirkətləri üçün elektron ticarət platforması hazırlanıb.
Bunu “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, həmin şirkətlər üçün fiziki şəxslərə gətirdikləri yüklərin malın dəyərinə və miqdarına görə tətbiq olunan güzəştlər nəzərə alınmaqla sadələşdirilmiş qaydada rəsmiləşdirilməsi imkanı (o cümlədən “Smart Customs” mobil tətbiqində) yaradılıb.
O qeyd edib ki, hazırkı dövrə qədər 44 şirkət bu xidmətə inteqrasiya olunub.