Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa və Hadrutun topoqrafiq xəritələri hazırlanır



Newscenter.az.29.01.2021. “Azərbaycan ekologiya sahəsində 20-yə yaxın beynəlxalq komissiyanın üzvüdür. Azərbaycanın meşə sərvətlərinin 34 faizi işğaldan azad olunmuş ərazilərdə olub”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsi üçün səyyari laboratoriyalar quraşdırılıb:

“Həmin laboratoriyalar ən müasir avadanlıqlarla təmin edilib. Artıq Şuşa və Hadrut qəsəbəsində topoqrafiq xəritələrin hazırlanmasına başlanılıb".
Xəbəri paylaş