Newscenter.az.30.01.2021. “Məndə məlumat var ki, bu günə qədər Vətən müharibəsində şəhid olmuş şəxslərin ali təhsil müəssisələrində 35 nəfər yaxın qohumlarının – bacı-qardaş və həyat yoldaşlarının təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri müsbət həll olunub”.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Qeyd edək ki, bu gün nazir sosial şəbəkə üzərindən canlı bağlantı vasitəsilə vətəndaşların suallarını cavablandırıb.