Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 668 sahibkar gömrükdə “Yaşıl Dəhliz”dən daimi istifadə edir



Newscenter.az.30.01.2021. “İndiyə qədər Azərbaycanda 668 xarici ticarət iştirakçısına “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini İsmayıl Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bunun 236-sı ixrac, 432-si isə idxal əməliyyatlarına aiddir.

"2019 ilin fevral ayından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi ölkəmizin ixrac potensialının artırılmasında, ticarətin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsində xüsusi rol oynayır", - o qeyd edib.
Xəbəri paylaş