Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda bütün sahələrdə inkişaf texnologiyaların inkişafı ilə paralel şəkildə davam edir



Newscenter.az.30.01.2021. “Bu gün ölkəmizin inkişafı üçün yeni imkanlar açılıb. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz zəfər bu imkanları şərtləndirir”.

Newscenter.az yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib. Millət vəkili bildirib ki, bu gün erməni işğalından azad olunmuş torpaqlarımızda quruculuq işlərinə başlanılıb:

“Bu prosesdə əsas istiqamətlərdən biri müasir, yüksək texnologiyaların səmərəli şəkildə tətbiqidir. İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası olması, aqrar sahədə tətbiq olunacaq müasir texnologiyalar nəticə etibarilə bu zonanın yüksək texnoloji inkişaf ərazisi olmasını şərtləndirir. Azərbaycan dövlətinin siyasi iradəsi və potensialı bunu reallaşdırmağa imkan verir”.

Cavid Osmanovun sözlərinə görə, dost və qardaş ölkələrin şirkətləri bu prosesdə iştirak edirlər:

“Dünyanın nüfuzlu və inkişaf etmiş ölkələri ilə qurulan yüksək səviyyəli münasibətlər bu sahədə də effektiv nəticələr verməkdədir. Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşlər keçirdiyi nüfuzlu şirkətlərin gələcəkdə ölkəmizə cəlb olunması bu sahədə daha böyük uğurların əldə olunmasına imkan yaradır. Ümumiyyətlə, Azərbaycanda bütün sahələrdə inkişaf texnologiyaların inkişafı ilə paralel şəkildə davam edir. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri də texnologiyaların inkişafı sahəsində atılan addımlara istedadlı gənclərin cəlb olunmasıdır. Potensialı yüksək olan gənclərimiz öz bilik və bacarıqlarını Azərbaycanın inkişafı istiqamətinə yönəldirlər. Dövlət başçısının qeyd etdiyi kimi, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin. Şübhə yoxdur ki, bu istiqamətdə görülən işlər prosesə öz əhəmiyyətli töhfələrini verəcək”.
Xəbəri paylaş