Newscenter.az.30.01.2021. Azərbaycanda son sutkada koronavirusa 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 230 066 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib. Hazırda 3 980 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 244, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.